Modern.az

İngiltərədə təyyarədə yarım ton kokain aşkarlandı

İngiltərədə təyyarədə yarım ton kokain aşkarlandı

Aktual

30 Yanvar 2018, 20:15

Böyük Britaniyanın Sərhəd Xidmətinin əməkdaşları Farnboro hava limanında şəxsi təyyarənin göyərtəsində 500 kiloqrammadək kokain aşkar ediblər. Modern.az “Report”a istinadən xəbər verir ki, bu, indiyədək ölkədə müsadirə edilən ən böyük narkotik partiyasından biridir.

 

Dəyəri 50 mln funt sterlinq (təqribən, 70,6 mln dollar) olan narkotiklər Kolumbiyanın paytaxtı Boqotadan gətirilib.

 

Sərhədçilər təyyarədə olan sərnişinləri saxlayıb. Onların arasında Böyük Britaniya, İspaniya və İtaliya vətəndaşları da var. Hava gəmisinin ekipaj üzvləri dindirildikdən sonra sərbəst buraxılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi