Modern.az

Türkiyə terrorçu ilə bağlı Rusiyadan izahat tələb edir

Türkiyə terrorçu ilə bağlı Rusiyadan izahat tələb edir

Dünya

30 Yanvar 2018, 20:43

Türkiyə hökuməti Rusiyanın Soçi şəhərində Suriya ilə bağlı keçirilən sülh danışıqlarında terrorçu Mihraç Uralın iştirak etməsindən dolayı hərəkətə keçib. Modern.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu səbəbdən dolayı Rusiya XİN-dən və MN-dən izahat tələb edib.

 

Rusiya tərəfi isə siyahıda adı qeyd edilməyən bu şəxsin konfransda hansı yolla iştirakını dəqiqliklə araşdıracağını bildirib.

 

Xatırladaq ki, ən təhlükəli terrorçulardan hesab edilən Mihraç Ural THKP-C “Acilcilər” adlı terror qruplaşmasının rəhbəridir.

 

O, Hatay vilayətində 52 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilində şübhəli bilinir.

 

Maraqlı məqam ondan ibarətdir ki, hələ 2 il öncə sözügedən terrorçunun Suriyada öldürüldüyü və gizlicə basdırıldığı deyilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur