“Qəzza zolağında iqtisadiyyat və sosial sahə tam iflas astanasındadır. Bu məsələ yanvarın 31-də Belçikada keçiriləcək donorların görüşündə asas mövzulardan olacaq”. Modern.az xəbər verir ki, bu barədə Yaxın Şərq sülh prosesi üzrə BMT-nin xüsusi əlaqələndiricisi Nikolay Mladenov bildirib.
Nikolay Mladenov bildirib ki, iki milyon əhalisi olan bölgənin problemlərinin həlli yalnız Qəzza zolağının Fələstin Milli Administrasiyasının (FMA) idarəçiliyi altına qayıtmasından sonra mümkün olacaq.
Qeyd edək ki, hal-hazırda Qəzza zolağı HƏMAS hərəkəti tərəfindən idarə olunur. 2007-ci ildən etibarən FMA yalnız İordan çayının Qərb sahilinə nəzarət edir.