Rusiyanın Soçi şəhərində Suriya böhranının həlli ilə bağlı baş tutan konfransın yekun bəyannaməsi qəbul edilib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bəyannamədə Suriyanın suverenliyinin və ərazi bütövlüyünün toxunulmaz olduğu vurğulanıb.
Bəyannamədə bildirilir ki, Suriya xalqı öz müqəddəratını seçkilər yolu ilə təyin etməlidir.