Modern.az

Maliyyə Nazirliyi “Azadlıq” qəzetinə təkzib məktubu göndərib

Maliyyə Nazirliyi “Azadlıq” qəzetinə təkzib məktubu göndərib

15 İyul 2011, 12:46

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Rusiyada çıxan “Novaya qazeta”ya və  Bakıda nəşr olunan “Azadlıq” qəzetlərinə yol verdikləri ciddi səhvlə əlaqadar növbəti saylarında üzürxahlıq edərək təkzib vermələri üçün rəsmi məktubla müraciət edib. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir: “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, Rusiyada nəşr olunan “Novaya qazeta”ya istinad edən “Azadlıq” qəzeti adıçəkilən qəzetin yol verdiyi səhvi təkrarlayaraq məqalədə adı keçən və axtarışda olduğu bildirilən  Xəlilov Namiq Mustafa oğlunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi kimi təqdim edib və bu barədə hazırladığı məqalədə Maliyyə Nazirliyinin DSNX-nin rəisi Xəlilov Namiq Cəlil oğlunun fotosunu dərc edib. Qəzetin ən sadə dəqiqləşdirmə belə aparmadan dərc etdiyi yazı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nüfuzuna, o cümlədən DSNX-nin rəisi Xəlilov Namiq Cəlil oğlunun  dövlət qulluqçusu kimi həyata keçirdiyi əmək fəaliyyətinə və peşə nüfuzuna xələr gətirib”.  

Xatırladaq ki, Rusiyada nəşr olunan nüfuzlu “Novaya vremya” qəzeti bir məhkəmə işi ilə bağlı araşdırma yazı dərc edib. Yazı Nijni Novqorod  Federal Təhlükəsizlik Xidməti İdarəsinin istintaq orqanının keçmiş rəisi Oleq Yefremovun “Borskiy” həbsxanasında cəzaçəkmə müəssisəsinin işçiləri tərəfindən vəhşicəsinə döyülərək öldürülməsi işi ilə bağlı səs-küylü məhkəmə prosesi barədədir.

Araşdırmada qeyd edilib ki,  FTB-çinin himayəsi altında Namiq Xəlilov adlı azərbaycanlının Nijni Novqorod şəhərində yaratdığı “Eksklüziv Investment” adlı QSC şəhər sakinlərinin etimadını qazanaraq, 2007-ci ildən 2010-cu ilədək onların vəsaitləri ilə maliyyə maxinasiyası ilə məşğul olub. Yazıda qeyd olunur ki, işin üstü açılandan sonra Namiq Mustafa oğlu Xəlilov gizlənib. Məhəkəmə isə onun barəsində axtarış elan edib. “Novaya vremya” qəzeti həmin şəxsi Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi kimi təqdim edib.  Nazirlik bildirir ki, “Azadlıq” qəzeti də həmin yazının tərcüməsini dərc edərək materilada adı çəkilən şəxs barədə verilən məlumatı dəqiqləşdirməyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı