Modern.az

Neft yenidən ucuzlaşdı

Neft yenidən ucuzlaşdı

Aktual

30 Yanvar 2018, 23:17

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 70,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,03 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 70,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,03 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 29-da 66,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 29-da 68,59 dollar/barel təşkil edib. Bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,44 dollar/barel azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi