Məşhur “Xor” teleserialının tanınmış ulduzu Mark Sallinq intihar edib. Modern.az xəbər verir ki, 35 yaşlı aktyorun cəsədi Los-Ancelesdəki evinin yaxınlığında tapılıb.
Məlumata görə, Sallinq bundan öncə də bir neçə dəfə intihara cəhd edib.
Qeyd edək ki, ulduz həbsindən sonra 2015-ci ildə uşaqlara qarşı zorakı videoların təbliğinə görə ittiham edilmişdi. Onun kompüterində 50 minə yaxın bu yöndə mediafaylların olduğu aşkarlanmışdı. Aktyor həmin vaxt özünü təqsirli bilmişdi.