Modern.az

İntihara cəhd edən polis hospitaldan imtina etdi

İntihara cəhd edən polis hospitaldan imtina etdi

Aktual

30 Yanvar 2018, 23:47

Şəki rayonunda intihara cəhd edən polis əməkdaşı müalicə olunduğu Kliniki Tibbi Mərkəzdən evə buraxılıb. Modern.az xəbər verir ki, Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Trend”ə açıqlamasında intihara cəhd edən polis əməkdaşı Elgün Rəsulov öz ərizəsi ilə evə buraxılmasını xahiş etdiyini bildirib: "Müalicə və müayinələrdən sonra onun vəziyyəti stabilləşdi. Əslində, biz onu Daxili İşlər Nazirliyinin hospitalına köçürməli idik. Lakin özü hospitala köçürülməkdən imtina etdi və evə buraxılmasını xahiş etdi. Biz də onun xahişini nəzərə alıb ambulator müalicəyə buraxdıq".

Qeyd edək ki, yanvarın 24-də rayonun M.F.Axundov küçəsi, 3 ünvanında yaşayan, Şəki şəhər Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov yüksək miqdarda essensiya (sirkə) turşusu içərək intihara cəhd edib. Polis əməkdaşının intihara cəhd etməsinin səbəbi ailə münaqişəsi göstərilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi