Yanvar ayının 30-dan 31-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, son sutkada respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.