13 saylı marşrut üzrə hərəkət edən qatar nasazlıq səbəbindən depoya göndərilib.
Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, həmin qatarın yerinə xətdə başqa qatar buraxılıb:
“Qatarlararası interval artıb. Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.
N.Paşayev deyib ki, hazırda intervalın bərpa edilməsinə çalışılır.