Modern.az

Milli Məclis bu gün iki komissiyaya seçki keçirir

Milli Məclis bu gün iki komissiyaya seçki keçirir

Aktual

1 Fevral 2018, 08:44

Bu gün Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

 

Modern.az-ın məlumatına  görə, iclasın gündəliyinə 15 məsələ daxildir.

 

Bunlar aşağıdakılardır:

 

 "Sosial sığorta haqqında" qanuna dəyişiklik;

 "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" qanuna dəyişiklik;

"Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanuna dəyişiklik;

 "Peşə təhsili haqqında" qanun layihəsi 1-ci oxunuşda;

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik;

 “Terrorçuluğa qarşı mübarizə haqqında " qanuna dəyişiklik;

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik;

 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik;

Milli Məclisin İntizam Komissiyasının tərkibinin təsdiq edilməsi

Milli Məclisin Hesablayıcı Komissiyasının tərkibinin təsdiq edilməsi

Bundan başqa 2018-ci ilin qanunverici işlər planı təsdiqlənəcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi