Modern.az

İnsan Haqları üzrə Birgə İşçi Qrupu: “Siyahımızdakı məhkumların əfvinə ümidliyik!

İnsan Haqları üzrə Birgə İşçi Qrupu: “Siyahımızdakı məhkumların əfvinə ümidliyik!

Aktual

31 Yanvar 2018, 11:23

Yanvarın 30-da Əfv Məsələləri Komissiyası ilk iclasına toplaşıb.  Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

Bu barədə Modern.az-a danışan İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı bildirib ki, Əfv Komissiyasında intensiv işlər gedir:

“Çox güman ki, əfv sərəncamı veriləcək. Və çox güman ki, əfvdən də əlavə cümhuriyyətin 100 illiyilə bağlı amnistiya da olacaq. Təbii ki, bütün bunlar prezidentin səlahiyyətində olan məsələlərdir”.

 

S.Qocamanlı deyib ki, İşçi Qrupunun siyahısında 30 nəfərin adı var:


“Tədricən kiminsə cəza müddəti bitir, yaxud əvvəlki əfvlərə düşüb, onlar təbii olaraq siyahımızdan çıxarılıb. Amma siyahımızda ənənəvi olaraq, Əli İnsanov, İlqar Məmmədov, jurnalistlər, blogerlər, ömürlüklər də var. Bir-bir hamısının adını çəkib ailələrini narahat etmək istəmirəm. Bildiyiniz kimi, ömürlüklərə əfv şamil oluna bilməz. Bununla həmin şəxslərin cəzası yüngülləşdirilə bilər. Müəyyən prosedurlar tətbiq edildikdən sonra ömürlüklər əfvə düşə bilər”.

S.Qocamanlı deyib ki, siyahıda olan şəxslərin əfvə düşəcəyinə çox ümidlidirlər:

“Ümid edirik ki, möhtəşəm bayram ərəfəsində bizim siyahımız tam qapanacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI