Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin 6 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 234 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 113 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 52 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 3027, mikrobioloji göstəricilərinə görə 1666, toksikoloji göstəricilərinə görə 398, radioloji göstəricilərinə görə 61 yeyinti məhsullarının nümunələri laborator müayinələrə cəlb olunmuşdur. Nümunələrin 31-də orqanoleptik və fiziki-kimyəvi, 31-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.
Şadlıq evlərindən 5553 yaxma nümunəsi, 48 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 83-də mikrobioloji çirklənmə aşkar edilib.
6 ay ərzində əhali arasında 358 qida zəhərlənməsi hadisəsi baş verib, 433 nəfər zərərçəkən olub. O cümlədən 18 botulizm hadisəsi baş vermiş, 36 nəfər zərərçəkən olub.
106 qida zəhərlənməsi hadisəsi və 115 nəfər zərərçəkmə halları habelə 1 botulizm hadisəsi və 1 nəfər zərərçəkməsı iyun ayının payına düşüb.
Modern.az