Modern.az

Nazirdən dəllallıq edən turizm şirkətlərinə XƏBƏRDARLIQ

Nazirdən dəllallıq edən turizm şirkətlərinə XƏBƏRDARLIQ

Aktual

31 Yanvar 2018, 12:03

Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir.

Modern.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

O qeyd edib ki, yeni turizm zonaları Xızı-Nabran zonasında, Quba və Qusarda yerləşir. 

Ə.Qarayev deyib ki, turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək: "Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır".

Nazir bildirib ki, son zamanlar regionlarda 3 ulduzlu hotellərin tikintisinə daha çox önəm verirlər.

Ə.Qarayev deyib ki, turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllallar ortalığa çıxıb. Guya onlar xidmət göstərirlər, halbuki yalandan qiymətlər deyir, yalandan nəqliyyat təşkil edirlər.

Onun sözlərinə görə, son nəticədə Azərbaycan turizminin səviyyəsi enir: "Bundan itiririk. Biz birləşərək normal bir proqram üzərində öz potensialımızı ortalığa qoya bilmir və həmin məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər".

Hazırda "Turizm haqqında" yeni qanun layihəsi üzərində iş aparıldığını deyən Ə.Qarayev bildirib ki, bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq:

"Əgər kimsə beşulduzlu hotel əvəzinə ikiulduzlu hotelin xidmətlərini göstərirsə, deməli, ölçüləri pozur. Əgər turizm şirkətləri dəllallıqla məşğuldursa, insanları aldadırsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Güzəştə gedilməyəcək. Mən bu qanunun qəbul olunmasını səbirslizliklə göszləyirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI