Modern.az

Ukrayna Qarabağ məsələsində vasitəçilikdən imtina etdi

Ukrayna Qarabağ məsələsində vasitəçilikdən imtina etdi

15 İyul 2011, 13:34

“Rəsmi Kiyev Dağıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı vasitəçilik missiyasını üzərinə götürməyə tələsmir”. Modern.az  Ukrayna Xarici Işlər Nazirliyinin saytına istinadən bildirir ki, rəsmi Kiyev Ermənistan prezidenti Serj S’rkisyanın səfərindən sonra bu barədə KİV-də yayılan məlumatlara münasibətini açıqlayıb.  XİN bəyan edib ki, Ukraynanın vasitəçiliyi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

Sərkisyanın Kiyevə səfərindən sonra Ukrayna KİV-ləri Viktor Yanukoviçin tapşırığı ilə XİN-in  yaxın günlərdə Bakıya, Yerevana, Xankəndiyə diplomatik nümayəndə heyəti göndərəcəyi ilə bağlı məlumatlar yayıb. Xəbərdə deyilir ki, bu səfərdə məqsəd Ukraynanın Qarabağ münaqişəsinin həllində vasitəçilik imkanlarını öyrənməkdir.

Qeyd edək ki, Serj Sərkisyanla birgə mətbuat konfransında Yanukoviç problemin həllinin ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməsini arzulayıb.

2013-cü ATƏT-in sədrliyi Ukraynaya keçəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı