Avropa Şurası Gənclər və idman Direktorluğunun rəhbəri Raif Rene Veingaertner və Avropa Komissiyası Mədəniyyət və Təhsil Direktorluğunun Gənclər Siyasəti departamentinin rəhbəri Sergey Koperdakın Bakıda və bölgələrdə Azərbaycan gəncləri ilə görüşləri keçiriləcək.
“Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisindən verilən məlumata görə, bu barədə razılıq ofisin rəhbəri Vüsalə Hüseynli ilə Avropa Şurası və Avropa Birliyinin Gənclər və İdman Direktorluğunun rəhbərləri ilə keçirilən görüşdə qəbul olunub. Bundan əlavə, görüşdə Bankla Avropa Birliyinin birgə təşəbbüsü əsasında gənclərin Avrointeqrasiya proseslərinə dəstək vermək və yeni strategiyaların öyrənilməsi, gənclərin Şərq Tərəfdaşlığı çərçivəsində sahibkarlıq, iş yaratma və digər sahələr üzrə birgə programların icrası planlaşdırılıb.
Bundan əlavə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə Avropanın hər iki Gənclər qurumu arasında münasibətlərin indiki vəziyyətinin normal olduğu vurğulanıb. Gələcək üçün bu əməkdaşlığın daha da genişləndirilməsi məsələri önə çəkilib.
Xatırladaq ki, görüş İyulun 14-15-i tarixlərində Ukraynanın Odessa şəhərində “Şərqi Avropa və Qafqazda Gənclər Siyasəti” mövzusunda keçirilən simpozium çərçivəsində reallaşıb.
Moden.az