Böyük Millət Məclisini boykot etmiş kürd deputatlar Diyarbəkirdə toplaşaraq bu barədə qərar veriblər
Türkiyə Böyük Millət Məclisini boykot etmiş kürdlərin təmsil olunduğu Barış və Demokratiya Partiyası, kürd təşkilatlarının liderləri Diyarbəkirdə “kürd müxtariyyətini” elan ediblər. Modern.az “Assoşeyted press” agentlyinə istinadən bildirir ki, kürdlərin çoxluq təşkil etdiyi bu bölgədə dünən baş verən hadisələrdən sonra bu qərar ciddi rezonans doğurub.
Belə ki, dünən PKK yaraqlıları türk əsgərlərinə atəş açaraq 13 əsgəri öldürüb, 7-sini yaralayıblar. Terrorçulardan 5 nəfəri məhv edilib. Bu hadisədən dərhal sonra Ərdoğan hökümətin təcili iclasını keçirib. Bir sıra yüksək rütbəli şəxslər Diyarbəkirə göndərilib.