Modern.az

Heydər Əsədov yaponlara işbirliyi təklif etdi  

Heydər Əsədov yaponlara işbirliyi təklif etdi   

31 Yanvar 2018, 16:46

Yanvar ayının 31-ində kənd təsərrüfatı naziri Heydər Əsədov Yaponiyanın Kioto şəhər Kənd təsərrüfatı kooperativlərinin prezidenti Yasuhiro Nakaqavailə görüşüb.


Görüşün məqsədi kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıqla bağlı müzakirələrin aparılması olub.


Heydər Əsədov Azərbaycan Hökuməti ilə Yaponiya Hökuməti arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Yaponiya Hökuməti tərəfindən Azərbaycanda bir sıra layihələrin həyata keçirildiyini, həmçinin Yaponiyanın 2 KR Proqramı çərçivəsində ayırdığı Qrantlar hesabına yeni texnika və texnoloji avadanlıqların alındığını, fermer və sahibkarların bundan bəhrələndiyini diqqətə çatdırıb. Azərbaycanda kooperativlərin yaradılmasının ən vacib sahələrdən biri olduğunu, bu sahədə artıq hüquqi bazanın yaradıldığını, bu istiqamətdə irəliləyişlərin əldə olunması üçün Yaponiya təcrübəsinin tətbiq olunmasını məqsədəuyğun hesab edib.


Kioto şəhər Kənd təsərrüfatı kooperativlərinin prezidenti Yasuhiro Nakaqava səmimi qəbula görə minnətdarlığını bildirərək Kioto şəhərinin Yaponiyadatərəvəz istehsalı, qablaşdırılması və satışı üzrə ixtisaslaşdığını diqqətə çatdırıb, həmçinin Yaponiyada kooperativlərin yaranma tarixi, inkişaf istiqamətləri, formalaşması, maliyyə mənbələri barədə məlumat verib.  Yasuhiro Nakaqava bu sahədə əsas 3 amilin- bank sistemi, sığorta və yeni texnologiya və avadanlıqlarının alınması və tətbiq olunması- vacibliyini diqqətə çatdırıb. O,yüksək keyfiyyətli brend tərəvəz məhsulu istehsalı, saxlanması, qablaşdırılması və dünya bazarına çıxarılması texnologiyasının Azərbaycanda tətbiqinə dəstək veriləcəyini bildirib.


Nazir Heydər Əsədov bu sahədə Yaponiya təcrübəsinin öyrənilməsini, keyfiyyətli tərəvəz məhsulu istehsalı, saxlanması, qablaşdırılması məqsədilə Azərbaycanda Yapon investorları üçün əlverişli investisiya mühitinin olduğunu, bu sahədə pilot təsərrüfatların da yaradılmasını nəzərə çatdırıb.


Görüşdə Yaponiyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Teruyuki Katori iştirak edib. Səfir bu sahədə əməkdaşlıq üçün özsəylərini əsirgəməyəcəyini bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi