Modern.az

Azərbaycanın səfiri Samsunda olub

Azərbaycanın səfiri Samsunda olub

15 İyul 2011, 14:06

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov dünən Türkiyənin Samsun vilayətində işgüzar səfərdə olub. Bu barədə Modern.az saytına Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib.

Səfər zamanı Samsun valisi Hüseyin Aksoy, Samsun Bələdiyyəsi baş katibi Kənan Şara və Samsun Ticarət və Sənaye Palatasının İdarə Heyətinin Sədri Salih Zeki Murzioğlu ilə görüş keçirilib.

Görüşlər zamanı iki ölkə arasında əlaqələrin inkişaf imkanları müzakirə edilib.

Sonra Samsun limanı ilə tanış olunub.

Samsunlu iş adamları ilə Samsun Ticarət və Sənaye Palatasında görüş keçirilib. Görüşdə 40-a yaxın sənaye müəssisəsinin nümayəndəsi iştirak edib. İş adamları ilə görüşdə AZPROMO-nun nümayəndəsi Rüfət Məmmədov ölkəmizdəki münbit investisiya mühiti barədə ətraflı təqdimat edib.

Görüşdə Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türk-Azərbaycan Biznes Şurasının Sədri Cengiz Gül də iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf imkanlarından danışıb.

Səfir Samsundakı Azərbaycan diasporunun nümayəndələri ilə də görüş keçirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı