Modern.az

Hərbi məhkəmələrin səlahiyyətləri artırılıb

Hərbi məhkəmələrin səlahiyyətləri artırılıb

Aktual

31 Yanvar 2018, 20:38

Hərbi məhkəmələrin səlahiyyətləri artırılıb. Modern.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla qüvvəyə minən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

 

İndiyə qədər hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxıb.

 

 Dəyişikliyə əsasən, bundan sonra hərbi məhkəmələr inzibati xətalar haqqında işlərə də baxacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi