ABŞ-da içərisində Konqres üzvləri olan qatarla yük maşının toqquşması nəticəsində azı bir nəfər ölüb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
Onun sözlərinə görə, prezident Donald Tramp insidentlə bağlı məlumatlandırılıb: “Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır yaralanıb. Konqres üzvləri arasında zərərçəkən olmayıb”.
Qeyd edək ki, bu gün Virciniya ştatında Nümayəndələr Palatasının spikeri Pol Rayan daxil olmaqla, içərisində Respublikaçı konqresmenlərin olduğu qatar zibil daşıyan yük maşını ilə toqquşub.
21:04
ABŞ-da içərisində Konqres üzvləri olan qatar qəzaya düşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Virciniya ştatının ərazisində, Şarlotsvill şəhəri yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, “Amtrak” şirkətinə məxsus qatar yük maşını ilə toqquşub. Qəza zamanı Konqres üzvləri arasında xəsarət alan olmayıb. Yüngül xəsarət alan yük maşınının sürücüsünə tibbi yardım göstərilib.