Modern.az

DİN: "Maskalı şəxs valyutadəyişmə məntəqəsindən 50 min manat aparıb"

DİN: "Maskalı şəxs valyutadəyişmə məntəqəsindən 50 min manat aparıb"

15 İyul 2011, 14:25

Daxili İşlər Nazirliyi "Binə" ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə silahlı basqınla bağlı məlumat yayıb.  

Nazirlik bildirib ki, iyulun 14-də saat 09.15 radələrində maska taxmış silahlı naməlum şəxs "Binə" ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə gəlib odlu silahdan atəş açaraq oranın işçisi Əli Əliyevə xəsarət yetirib, 50 min manat götürərək hadisə yerindən qaçıb. Ə.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb. Qaradağ rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı