Modern.az

“Qəbələ” Çexiya klubuna məğlub oldu

“Qəbələ” Çexiya klubuna məğlub oldu

31 Yanvar 2018, 22:29

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib. Modern.az xəbər verir ki, Roman Qriqorçukun komandası Çexiyanın yüksək liqasında çıxış edən "Bohemians” klubu ilə qarşılıb. “Gloria Sports Arena”da keçirilən matçda "Qəbələ" 1:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u (1:1) və Rusiya "Arsenal"ı ilə (3:3) heç-heçə edib, İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi