Modern.az

FED uçot dərəcəsini dəyişmədi

FED uçot dərəcəsini dəyişmədi

31 Yanvar 2018, 23:23

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, FED uçot dərəcəsini 1,25-1,5 faiz səviyyəsində saxlayıb.

 

Qeyd edək ki, sonuncu dəfə FED dekabrın 13-də  uçot dərəcəsini 0,75-1 faizdən  1-1,25 faizədək artırıb.

 

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi