Modern.az

Bakıda kişi həyat yoldaşına 6 bıçaq vurdu

Bakıda kişi həyat yoldaşına 6 bıçaq vurdu

1 Fevral 2018, 00:59

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızı Zərdabi küçəsində yaşadığı evin həyətyanı səhəsində ərinin bıçaqla hücumuna məruz qalıb. Nəticədə qadın 6 bıçaq zərbəsi alıb.

 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, bıçaq Ş.Babazadənin mədə və qaraciyərini deşib.

 

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi