Trabzonda konsert verən məşhur türk sənətçisi Tarkan Diyarbəkirdəki terror xəbərini səhnədə eşidib. Modern.az “Huriyyət” qəzetinə istinadən bildirir ki, 50 min tamaşaçının oturduğu Qaradəniz Teknik Unversitenin konsert zalında proqrama yenicə başlayan Tarkan iki mahnı oxuduqdan sonra səhnə arxasına çıxıb. Sonra geri qayıdan Tarkan əsgərlərin ölümü ilə bağlı xəbər aldığını deyib və bundan xeyli kədərləndiyini söyləyib.
Sonra sənətçi üzünü zala tutaraq “xahiş edirəm, bir mahnı oxuyum və bununla da konserti sona çatdıraq” deyə icazə istəyib.
Müğənni “sizin qərarırınızı gözləyirəm” deyə zal müraciət edəndə tamaşaçılar “Şəhidlər ölməz, vətən basılmaz!” şüarı ilə cavab veriblər. Konsert bununla da dayandırılıb.