Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 22 illiyi ilə bağlı AXCP-nin təşkil edəcəyi tədbir ADP-nin qərargahında keçiriləcək. Bu barədə Modern.az-a AXCP mətbuat mərkəzinin rəhbəri Natiq Adilov bildirib. Onun sözlərinə görə, tədbirin “Təbriz” kinotetrında keçirilməsi nəzərdə tutulubmuş. Bununla bağlı kinoteatrın rəhbərliyi ilə ilkin razılıq əldə edilib. Lakin bu gün müqavilə bağlamağa gedərkən rəhbərlik tədbir üçün yer verməkdən imtina edib.
“AXCP bunu qanunsuzluq hesab edir. Biz tədbirimizi ADP-nin akt zalında keçirəcəyik. Artıq bununla ğalı razılıq əldə olunub”-deyə N.Adilov vurğulayıb.
AXCP nümayəndəsi tədbirin vaxtının dəyişmədiyini bildirib. Toplantı sabah saat 11-də başlanacaq.