Modern.az

Gürcüstan Saakaşvilinin ekstradisiyasını tələb edir

Gürcüstan Saakaşvilinin ekstradisiyasını tələb edir

Dünya

1 Fevral 2018, 12:46

Gürcüstan Mixail Saakaşvilinin Ukraynadan ekstradisiyasını gözləyir. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ölkənin Baş prokuroru İrakli Şotadze məsələnin siyasi deyil, hüquqi müstəvidə olduğunu və qərarın rəsmi Kiyevdən asılı olduğunu bəyan edib.

 

“Biz məsələ ilə bağlı bir neçə dəfə Ukraynaya müraciət etmişik. Məsələ sırf hüquq müstəvidə həll olunmalıdır”.

Qeyd edək ki, Saakaşvilinin Gürcüstanda ekstradisiyası ilə bağlı Baş prokurorun müavini Georgi Qoqadze Ukraynanın Baş prokuroru Yuri Lutsenko ilə danışıqlar aparmışdı.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU