Modern.az

BMT-nin xüsusi mükafatına layiq görülən rəssam

BMT-nin xüsusi mükafatına layiq görülən rəssam

1 Fevral 2018, 12:53

UNEC-in Marketinq və Kommunikasiya departamentinin əməkdaşı Seyran Cəfərlinin Belçikanın paytaxtı Brüssel şəhərində fərdi sərgisi açılıb.

Brüsseldə yerləşən Avropa Karikatura Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgidə S.Cəfərlinin beynəlxalq müsabiqələrdə qalib olan 130-dan çox karikaturası nümayiş etdirilib. Ziyarətçilərin böyük maraqla izlədikləri karikaturalar əsasən sosial və ekoloji mövzulara həsr olunub.

 

Sərgi aprelin 8-dək davam edəcək.

Yaradıcılıq fəaliyyətinə 1982-ci ildə “Kirpi” jurnalında başlayan S.Cəfərli 2002-ci ildə Azərbaycan Karikaturaçıları Birliyini yaradıb. Hazırda “Humortoons International Cartoon News Centre”nin direktoru və “Humor” beynəlxalq karikatura jurnalının baş redaktorudur. 42-dən çox beynəlxalq karikatura müsabiqəsinin münsiflər heyətinin üzvü olub. Onun beynəlxalq karikatura müsabiqələrində 1000-dən çox əsəri sərgilənib, albomlarda dərc edilib. 100-dən artıq beynəlxalq mükafata, o cümlədən BMT-nin xüsusi mükafatına layiq görülüb.

S.Cəfərlinin Belçika, Türkiyə, Fransa və İranda fərdi sərgiləri təşkil olunub. Çin, Kolumbiya, Hollandiya, Kipr, Yaponiya və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə karikaturaları sərgilənib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi