Modern.az

“Bütün təbliğat vasitələrini işə salmaq lazımdır” – Deputatdan ÇAĞIRIŞ

“Bütün təbliğat vasitələrini işə salmaq lazımdır” – Deputatdan ÇAĞIRIŞ

1 Fevral 2018, 12:57

“Xocalı faciəsinin 26-cı ildönümünə az vaxt qaldığı bir zamanda AŞPA-da çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Sumqayıt hadisələrindən danışdı. Görünən odur ki, ermənilər 30 il əvvəl baş vermiş Sumqayıt hadisələrini xatırlatmaqla bundan bizə qarşı istifadə etməyə çalışır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin yaz sessiyasında çıxış edən deputat Fazil Mustafa deyib.

 

Deputat vurğulayıb ki, əslində Sumqayıt hadisələrin erməni əsilli Eduard Qriqoryan tərəfindən törədilməsini sübut edən sənədlər var:

 

“Bununla bağlı Respublika Prokurorluğunda zamanında ciddi araşdırma aparılıb”.

 

Deputat əlavə edib ki, Xocalı faciəsinin ildönümünə 25 gün qalıb və indidən bütün təbliğat vasitələrini işə salmaq lazımdır:

 

“Görünən odur ki, ermənilər Xocalı hadisəsindən bizə qarşı istifadə etmək istəyir. Fikrimcə, biz bunu nəzərə almalı və beynəlxalq mediaya çıxış imkanlarından geniş istifadə etməyliyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi