Modern.az

AXC-nin 100 illiyi ilə bağlı kompleks yaradılsın - TƏKLİF

AXC-nin 100 illiyi ilə bağlı kompleks yaradılsın - TƏKLİF

1 Fevral 2018, 13:01

“Bu il Azərbaycan tarixində bir çox əlamətdar haidəslərlə yadda qalacaq. Azərbaycan Xalq Cümhuriyyətinin, soyqırımın, Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi tamam olur”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Tahir Kərimli deyib.

 

Deputat Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kompleksin yaradılmasını təklif edib. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kompleksin yaradılması zəruri olar. Bu muzey də, məqbərə də ola bilər. Bundan əlavə dini şəxslərlə danışıb xaricdə dəfn olunan AXC qurucularının nəşinin vətənə gətirilməsi məsələsi də ola bilər. Bu çox vacib olar. Bundan əlavə təklif edərdim ki, AXC-nin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilsin”.

 

T.Kərimli bu il soyqırımın 100 illiyinin tamam olmasına da toxunub.

 

“Hesab edirəm ki, bununla bağlı da müəyyən işlər görülsün. Bizim öz torpaqlarımızda 100-200 il bundan əvvəl vətəndaşlarımızın başına gələn belə hadisələr olub. Bununla bağlı da böyük kompleks yaradılsın. İnsanlarımız da rahat bir şəkildə həmin kompleksi ziyarət edə bilsinlər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi