Modern.az

Elmira Axundovadan 14 yaşına çatmayanlarla bağlı qadağaya ETİRAZ

Elmira Axundovadan 14 yaşına çatmayanlarla bağlı qadağaya ETİRAZ

Aktual

1 Fevral 2018, 14:26

Milli Məcliisn bu günkü iclasında deputat Elmira Axundova “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair təklif səsləndirib.

Modern.az-ın məlumatına görə, E.Axundova deyib ki, bu qanun layihəsinin 13-cü, “Dərman vasitələrinin buraxılması” haqqındakı maddəsində edilən dəyişikliklər zərurətdən doğur və məntiqlidir.

“Başa düşürəm elə dərman vasitələri var ki, onu reseptsiz olaraq heç kimə və eləcə də 14 yaşına çatmamış yeniyetmələrə satmaq təhlükəlidir. Lakin burada bütün dərman vasitələrinin 14 yaşına çatmamış yeniyetmələrə satılmasının qadağan edilməsi

məncə düzgün deyil. Nəzərə alaq ki, bir çox ailələr natamam ailələrdir və çox kiçikdirlər. Məsələn, ana ilə oğul və ya qız tək yaşayırlar. Bu zaman ana ya ata hər hansı bir xəstəliyə tutularsa onun dərman almaq üçün göndərəcəyi başqa bir şəxs olmayacaq. Və inanın ki, belə misallar çox gətirmək olar. Bir də nəzərə almaq lazımdır ki, bəzən bu və ya digər dərmanın operativ şəkildə alınmasından xəstənin həyatı asılıdır. Ona görə mən təklif edərdim ki, dərman vasitələrini resept və reseptdə adı qeyd olunan şəxsin şəxsiyyət vəsiqəsini təqdim edən yeniyetmələrə həmin dərman vasitələrinin satışına icazə verilsin. Yəni dəyişiklikdə bir neçə söz əlavə etmək olar və bu halda maddə belə səslənəcək; “On dörd yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin, resepti və reseptdə adı qeyd edilən xəstənin şəxsiyyət vəsiqəsini təqdim etmədiyi halda buraxılması qadağandır””. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi