Modern.az

“Təhsildə ciddi irəliləyişə nail olmamışıq”

“Təhsildə ciddi irəliləyişə nail olmamışıq”

1 Fevral 2018, 14:36

“Bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi olduqca vacib əhəmiyyət daşıyır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.

 

V.Əhmədov deyib ki, “Təhsil haqqında” qanun çərçivə qanunudur:

 

“Biz vaxtilə “Təhsil haqqında” qanunu qəbul edəndə Azərbaycanda bir sıra islahatlara ehtiyac var idi. Bu islahatların böyük hissəsi həyata keçirildi və hazırda da davam edir. Ancaq hələlik təhsildə ciddi irəliləyişə nail olmamışıq. Aparılan islahatlar fonunda yeni peşə təhsili sisteminin qurulması vacibdir. SSRİ dövründə olan peşə təhsil sistemi keyfiyyətli idi. İndi biz məcburuq ki, bu sistemi yenidən quraq. Peşə təhsilində təcrübə vacibdir. Peşə təhlisi ilə məşğul olan müəssisənin istehsalatla əməkdaşlığı olmalıdır”.

 

Vahid Əhmədov qeyd edib ki, qanunda dövlətin üzərinə daha çox yük qoyulub: “Məncə, bu yükün müəyyən hissəsi bələdiyyələrə və özəl sektora verilməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi