Modern.az

Komitə sədri bəzi alimləri HƏDƏFƏ ALDI: “Bunun nə mənası var?”

Komitə sədri bəzi alimləri HƏDƏFƏ ALDI: “Bunun nə mənası var?”

Aktual

1 Fevral 2018, 14:51

“Yazırlar, müdafiə edirlər, elmlər namizədi olurlar. Deyirlər ki, buna əlavə əməkhaqqı verilməlidir. O zaman əlavə pul verilməlidir ki, cəmiyyətə, dövlətə nəsə xeyri olsun. Dövlətə xeyri yoxdursa, bunun nə mənası var? Elmin cəmiyyətə xeyri olmalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Peşə təhsili haqqında” qanunun müzakirəsi zamanı deyib.

 

S.Novruzov qeyd edib ki, peşə ixtisas təhsilinə diqqət yetirmək lazımdır: “Yeni ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac var. SOCAR-ı çıxmaq şərtilə digər təşkilatlarda belə kadrların hazırlanması gündəmdə yoxdur. Bu, çox vacib məsələdir”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi