Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Türkiyəyə gedir. Səfərlə bağlı rəsmi məlumatda bildirilir ki, Türkiyənin diyanət işləri naziri Mehmet Görməzin dəvəti ilə iyulun 19-dan qardaş ölkəyə gedən A.Paşazadə ayın 21-də qayıdacaq. Şeyxin Türkiyədə bir sıra görüşlər keçirəcəyi xəbər verilir.
Modern.az saytına məlum olub ki, səfər müddətində şeyxülislam hacı Allahşükür Paşazadənin görüşəcəyi şəxsləır sırasında Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun da adı var. Qeyd edək ki, Ramzan Kadırov bu həftə istirahət üçün Türkiyəyə gedib. R.Kadırov hazırda azərbaycanlı milyarder Telman İsmayılova məxsus “Mardan Palace” otelində dincəlir. Kadırovun İsmayılovla yaxın dost olduğu bildirilir.
Elə şeyxülislam hacı Allahşükür Paşazadənin də bu cütlüklə yaxın münasibətləri var. Şeyxin həm Ramzan Kadırovla, həm də Telman İsmayılovla dost olduğu bildirilir. A.Paşazadənin Kadırovla “Mardan Palace” otelində görüşəcəyi gözlənilir.