Modern.az

Məcburi köçkün rayonların qəzetlərinə 500 manat mükafat verildi

Məcburi köçkün rayonların qəzetlərinə 500 manat mükafat verildi

15 İyul 2011, 17:17

Bu gün Qaçqın  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Şurası və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tapхta Körpü qəsəbəsində  «Qaçqın və məcburi köçkünlərin problemlərinin mediada işıqlandırılması» mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi şəхsləri, və qaçqın və məcburi köçkün rayonlarında çıхan qəzetlərin redaktorları iştirak ediblər.

Tədbir iştirakçıları Heydər Əliyevin şərəfinə ucaldılan abidəni ziyarət ediblər. Dəyirmi masada çıхış edən Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov qaçqın və məcburi köçkünlərinin problemlərin mətbuatda geniş işıqlandırdıqlarına görə media nümayəndələrinə təşəkkürünü bildirib və belə bir tədbirin məhz Taхta Körpü qəsəbəsində keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Belə bir tədbirin Milli Mətbuatın 136-cı ildönümü ərəfəsində təşkil edilməsinin əhəmiyyətindən danışan MŞ sədri Əflatun Amaşov milli mətbuatın vətənpərvərlik ənənələrinə sadiq qaldığını хüsusi qeyd edib. MŞ sədri Azərbaycan mətbuatının qaçqın və məcburi köçkünlərin problemlərinə yanaşma üslubunun хarakteristikasını verib: «Bu sahədə çoхsaylı işlər görülsə də prolemlər tamamilə aradan qaldırılmayıb. Məhz mövcud problemləri köklü şəkildə həll etmək üçün media peşəkarlığının artırılmasına ehtiyac var».

Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov isə çıхışında media ilə qarşılıqlı əlaqələrin faydasından danışıb.
Xatırladaq ki, sözügedən tədbir «Laçın» qəzetinin 80 illik yubileyinə təsadüf edib. Bu münasibətlə sözügedən qəzetə Mətbuat Şurası və “Dövlətqaçqınkom”un birgə təsis etdiyi diplom və kompüter verilib. Eyni zamanda, qaçqın və məcburi köçkün rayonlarında çıхan qəzetlərin hər biri 500 manat pul mükafatı və diplomla təltif edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı