Modern.az

Həmsədrlər fevralın 3-ü Azərbaycana gələcək

Həmsədrlər fevralın 3-ü Azərbaycana gələcək

Aktual

1 Fevral 2018, 18:45

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub.

 

Diplomatik mənbə APA-ya eksklüziv olaraq bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.

 

Onlar fevralın 3-də Bakıya gələcəklər.

 

Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

 

Görüşlərdə  Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

 

Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi