Suriyadan Türkiyəyə daha bir raket atılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhərinə bu gün üçüncü raket atılıb.
Məlumata görə, Suriyanın Afrin bölgəsindən atılan raket şəhərdəki restoranlardan birinə düşüb.
Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
Qeyd edək ki, bu gün ərzində Suriya ərazisindən Türkiyəyə daha iki raket atılıb.
Dünən isə Suriyadan Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna atılan raketin partlaması nəticəsində 17 yaşındakı Fatma Avlar adlı qız yatdığı yerdə ölüb.