Modern.az

Nazir iclasa gecikdiyi üçün istefa verdi

Nazir iclasa gecikdiyi üçün istefa verdi

Dünya

1 Fevral 2018, 21:13

Böyük Britaniyanın Beynəlxalq İnkişaf naziri Maykl Beyts Lordlar palatasının iclasına gecikdiyi üçün istefa verdiyini açıqlayıb. Modern.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Parlamentin iclasına bir neçə dəqiqə gecikən nazir üzr istəyib: “Yerimdə olmadığım üçün çox utanıram. Buna görə də dərhal Baş nazirə istefamı təklif edəcəm. Üzr istəyirəm”.

Nazirin istefa ilə bağlı sözləri Lordlar palatasında etirazla qarşılanıb. Böyük Britaniyanın Baş nazirinin ofisində nazirin istefa ərizəsinin qəbul edilmədiyi və Beytsin öz postunda qaldığı bildirilib.

Qeyd edək ki, Maykl Beyts 2008-ci ildə nazir postuna gətirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU