Modern.az

Mingəçevirin QHT rəhbəri ABŞ-a gedir

Mingəçevirin QHT rəhbəri ABŞ-a gedir

15 İyul 2011, 16:46

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisinin rəhbəri Tural Kərimov sabah Amerika Birləşmiş Ştatlarında təşkil edilən 3 həftəlik təcrübə proqramında iştirak etmək məqsədilə rəsmi səfərə gedir. Bu barədə Moder.az saytına qurumdan xəbər verilib.

ABŞ hökumətinin təşkil etdiyi “Ekoturizm və milli parklar” adlı beynəlxalq mübadilə proqramının əsas məqsədi ekoturizm sektorunda könüllülüyün rolunun öyrənilməsi, bu sahədə çalışan təşkilatlar, milli və dövlət park sisteminə cavabdeh olan dövlət rəsmiləri ilə şəbəkənin qurulmasıdır.

Eyni zamanda proqram Birləşmiş Ştatlarda ekoturizmin inkişaf etdirilməsi üçün istifadə olunan metodları daha yaxşı öyrənmək üçün universitetlərin bu mövzuda olan proqramlarından yararlanmaq, ABŞ-ın milli və dövlət park sisteminə xüsusi nəzarətlə davamlı ekoturizm əməliyyatlarının inkişaf etdirilməsi və  planlaşdırmada uğurlu modellərinin sınaqdan keçirilməsini nəzərdə tutur.

Avqust ayının 6-na qədər davam edəcək tanışlıq proqramı ABŞ-ın 4 ştatında keçiriləcək.

Qeyd edək ki, Mərkəz ötən ildən başlayaraq, ekoturizmin inkişafı istiqamətində təhsil proqramlarına xüsusi diqqət yetirir və bu yöndə layihələri həyata keçirir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı