Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Aktual

1 Fevral 2018, 23:14

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 70,33 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,03 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 69,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 31-də 66,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 31-də 68,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi