Modern.az

Azərbaycanla Palau arasında əməkdaşlıq

Azərbaycanla Palau arasında əməkdaşlıq

Aktual

1 Fevral 2018, 23:42

Bu gün Nyu-York şəhərində Azərbaycan Respublikası və Palau Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommunike imzalanıb. Modern.az xəbər verir ki, sənədə əsasən, diplomatik əlaqələrin yaradılması iki ölkə və xalq arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətindən irəli gəlir. BMT Nizamnaməsi və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmama prinsipləri rəhbər tutulur.

Birgə kommunikeni hər iki ölkənin BMT yanında daimi nümayəndələri Yaşar Əliyev və Ngedikes Olai Uludong imzalayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi