Modern.az

İçərisində azərbaycanlıların da olduğu gəmi batır

İçərisində azərbaycanlıların da olduğu gəmi batır

Aktual

2 Fevral 2018, 00:28

Qara dənizin Krım sahillərində Moldova bayrağı altında üzən BERG adlı yük gəmisi batır. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, gəmidə Azərbaycan və Ukrayna vətəndaşları da daxil olmaqla 12 heyət üzvü var.

Məlumata görə, yük gəmisinin gövdəsi zədələnib. Gəmi Feodosi buxtasında yedəkdədir, heyət üzvləri təxliyyə edilib.

 

Qəzanın səbəbləri məlum deyil.

 

Gəmi qapalı Kerç limanından Türkiyənin Bandırma limanına gedirmiş. Həmçinin, o da məlumdur ki, gəmi yanvarın 28-də Azov limanında olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi