Modern.az

“Azadlıq” qəzeti: “Maliyyə Nazirliyinin mövqeyini dərc etməyə hazırıq”

“Azadlıq” qəzeti: “Maliyyə Nazirliyinin mövqeyini dərc etməyə hazırıq”

15 İyul 2011, 18:49

“Azadlıq” qəzeti Maliyyə Nazirliyinin təkzib tələb edən məktubunu alıb. Bu barədə Modern.az-a qəzetin redaktoru Sücəddin Şərifov bildirib. Onun sözlərinə görə,  artıq yazının müəllifi ilə əlaqə saxlanılıb. “Araşdırma aparırıq, istənilən halda yazının müəllifinin və Maliyyə Nazirliyinin hər ikisinin də mövqeyini çap edəcəyik”-deyə redaktor əlavə edib.

S.Şərifov deyib ki, yazının “Azadlıq” qəzetinə heç bir aiddiyatı yoxdur. Redaktor sadəcə xariçi mətbuatda Azərbaycanla bağlı dərc olunan yazı olduğu üçün qəzetdə dərc etdiklərini qeyd edib. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Rusiyada çıxan “Novaya qazeta”ya və Bakıda nəşr olunan “Azadlıq” qəzetlərinə yol verdikləri ciddi səhvlə əlaqadar növbəti saylarında üzürxahlıq edərək təkzib vermələri üçün rəsmi məktubla müraciət edib. Bu yazıda Maliyyə Nazirliyinin əməkdaşının adı səhvən Rusiyada baş vermiş cinayət hadisəsində çəkilib.  

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI