Modern.az

Məmmədyarov Lavrovla telefon danışığı apardı  

Məmmədyarov Lavrovla telefon danışığı apardı    

2 Fevral 2018, 11:24

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Serqey Lavrov arasında 1 fevral tarixində telefon danışığı olub.

 

Azərbaycan Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi