ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana 6 fevral tarixində gəlmələri, 7 fevral tarixində isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.
Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
“Səfər çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hal-hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələr davam etdiriləcək”.