Modern.az

Özünüməşğulluq proqramına 6-7 min ailə cəlb ediləcək

Özünüməşğulluq proqramına 6-7 min ailə cəlb ediləcək

2 Fevral 2018, 11:48

2018-ci ildə Azərbaycanda özünüməşğulluq proqramına təqribən 6-7 min ailənin cəlb edilməsi planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirmişdi ki, bu il özünüməşğulluq proqramı daha da böyük həcmdə icra ediləcək:

 

"Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi