Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı elektron ərizlərin qəbulunu bu gün dayandırıb. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən Modern.az-a verilən məlumata görə, bu il orta məktəblərdə 2000-dən çox vakant yer müəyyənləşib. İyulun 1-15 aralığında iş axtaran 9342 müəllim vakant yerlərə ərizə verib. Bütün ixtisaslar üzrə ərizə verənlərin 70%-dən çoxu Bakı şəhərində olan vakant yerləri seçiblər. Ən çox ərizə verənlər ibtidai sinif müəllimi yerlərini seçiblər – 1834 nəfər.
Vakant yerlərə ərizə qəbulu aşağıdakı kimidir:
İxtisaslar | Bakı şəhəri üzrə vakant yerlərin sayı | Digər şəhər və rayonlar üzrə vakant yerlərin sayı | Cəmi: vakant yerlərin sayı | Elektron ərizə verənlərin sayı |
İbtidai sinif | 23 | 87 | 110 | 1834 |
Azərbaycan dili və ədəbiyyat | 22 | 243 | 265 | 1389 |
Riyaziyyat | 26 | 159 | 185 | 1018 |
İnformatika | 29 | 159 | 188 | 440 |
Fizika | 8 | 122 | 130 | 506 |
Kimya | 7 | 134 | 141 | 338 |
Biologiya | 10 | 156 | 166 | 436 |
Tarix | 24 | 199 | 223 | 761 |
Coğrafiya | 17 | 244 | 261 | 408 |
İngilis dili | 68 | 173 | 241 | 1610 |
Fiziki tərbiyə | 89 | 63 | 152 | 307 |
Gənclərin çağırışaqədərki hazırlığı | 28 | 23 | 51 | 68 |
Əmək hazırlığı | 10 | 19 | 29 | 137 |
Musiqi və nəğmə | 10 | 12 | 22 | 47 |
Təsviri incəsənət, rəsmxət | 3 | 10 | 13 | 43 |
Cəmi: | 374 | 1803 | 2177 | 9342 |