"Azərbaycanda bütün sahələr üzrə bacarıqlı və səriştəli gənc gənclərə ehtiyac var. Gənclərə üçün şərait yaradılmalıdır ki, məqsədlərinə çatmaq üçün ciddi şəkildə çalışsınlar”.
Modern.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov İllik Gənclər Forumunda çıxışı zamanı bildirib:
“Bu gün Azərbaycan idman ölkəsinə çevrilib. Ölkədə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərdə gənclər çox aktiv iştirak edir. İdman tədbirləri gənclər üçün gözəl iş imkanları yaratdı. Gənclər bundan sonra da öz üzərində çalışmalıdırlar ki, gələcəkdə yeni iş imkanlarına sahib ola bilsinlər".
A.Rəhimov deyib ki, Azərbaycan Aşqabadda keçirilən Asiya Oyunlarının açılışının təşkil olunmasına yardım edib.