Modern.az

Qeyri - ciddi və natamam təşkilatın Demokratiya indeksi

Qeyri - ciddi və natamam təşkilatın Demokratiya indeksi

2 Fevral 2018, 18:33

Son bir ildə qlobal miqyasda demokratiyada ciddi geriləmə baş verib. “Economist Intelligence Unit //www.eiu.com/home.aspx” bunu yanvarın 31-də açıqladığı illik Demokratiya İndeksində bildirilir. Bu indeks 2017-ci ildə 165 müstəqil ölkə və iki ərazidə demokratiyanın durumunu öyrənib.

 

Azərbaycan 148-ci yerdə “avtoritar ölkə” kateqoriyasında qərarlaşıb. Qonşulardan Gürcüstan (79) və Ermənistan (111) hibrid rejimlər sırasındadır. Rusiya (135) avtoritar ölkə sayılıb. Bu kateqoriyada Qazaxıstan, Belarus, Əfqanıstan, İran, Özbəkistan, Tacikistan, Türkmənistan da var.

Azərbaycana belə bir yerin verilməsi xeyli şübhələr doğurur.

 

Demokratiya indeksi 2006-cı ildə 167 ölkədə demokratiyanın səviyyəsini ölçmək üçün Qeyri-hökumət təşkilatı olan “Economist Intelligence Unit” tərəfindən yaradılıb. Bu təşkilatın tarixi,  göstəriciləri, işlədiyi metodologiya, tədqiqatları  onun qüsurlu və natamam təşkilat olmasından xəbər verir. Diqqət edin:

Bu indeks 5 kateqoriyada qruplaşmış 60 indikatordan təşkil olunub.

-Elektoral proses və plüralizm

-Vətəndaş azadlığı

-Dövlətin funksionallığı

-Siyasi iştirakçılıq

-Siyasi mədəniyyət

Bu kateqoriyalarda Azərbaycan dünyanın lider dövlətləri ilə müqayisə oluna bilər.

 

Bu indeksin əsasını ekspert qiymətləndirmələri (?) təşkil edir. Ekspertlər necə seçilir? Demokratiya indeksi qoyulan 60 suala verilən cavabların orta çəkisini ehtiva edir. Bütün suallar 5 baza kateqoriyasına ayrılır. 5  kateqoriyadan ibarət olan sualların əsasını məsələn bu ümumiləşdirici (birləşdirici) suallar təşkil edir.

-Milli seçkilər azad və ədalətlidirmi?

-Seçicilərin təhlükəsizliyi təmin olunurmu?

-Hökumətin fəaliyyətinə xarici güclərin təsiri hiss olunurmu?

Vətəndaş xidmətləri onlara verilən səlahiyyətləri yerinə yetirmək qabiliyyətindədirmi?

Eyni ifadəni işlədirəm: Bu kateqoriyalar üzrə də Azərbaycan dünyanın lider dövlətləri ilə müqayisə oluna bilər.  

 

Bir çox mütəxəssislər ölçmələrdə qeyri-dəqiqliyə yol verilməsini  bu indeksin yaşının az olması ilə əlaqələndirirlər. Belə ki, bu indeks 2006-cı ildə işlənilib və 2008-ci ildən istifadə olunmağa başlayıb.

Xeyli axtarışdan sonra bu indeksdən istifadə nümunəsini bu tədqiqatdan (Campbell D. The Basic Concept for the democracy ranking of the Quality of Democracy. Vienna: 2008) tapa bildim.

Bu işdə demokratiyanın keyfiyyət reytinqinin əsas xarakteristikası və özəllikləri təsvir olunub. Demokratiyanın ilkin əlamətləri bunlardır: azadlıq, bərabərhüquqluluq və nəzarət. Burada Democracy Ranhing-in (DR) ölçü kəmiyyəti nəticələrin effektivliyi və qiymətləndirilməsindədir. DR-in əsas formulası belə müəyyən olunub:

 

Demokratiyanın keyfiyyəti = (azadlıq+Siyasi sistemin digər xarakteristikaları) + (qeyri -siyasi aspektin effektivliyi).

Bu cür anlaşılmaz formula ilə demokratiya indeksini ölçmək olar? Göründüyü kimi belə qeyri-müəyyən, natamam və urvatsız indekslərlə ölkəmizin nüfuzunu aşağı salmağa çalışırlar.

Ümumiyyətlə, son dövrlər Dünya dövlətlərinin inkişaf inekslərinin çoxu öz kəsərini itirməkdədir. Bu indeksi də həmin sıraya aid etmək olar.   

Etibar Əliyev təhsil eksperti, fəlsəfə doktoru

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi